Bakıda dəhşətli cinayət - Qayınata 4 uşaqlı gəlinini balta ilə qətlə yetirdi


Digərləri 24 Sen 2019 09:31:00 210 0

Bakıda dəhşətli cinayət - Qayınata 4 uşaqlı gəlinini balta ilə qətlə yetirdi

Bakıda dəhşətli qətl hadisəsi törədilib.

Bakı. Samir Əli - Bakıda dəhşətli qətl hadisəsi törədilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb. Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov Südçülük sovxozu, nömrəsiz evdə yaşayan gəlini, 4 azyaşlı uşaq anası, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanın baş nayihəsinə balta ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib. Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.