Türkiyədə naməlum şəxs silahdan atəş açıb: yaralılar var


Dünya 24 Sen 2019 09:06:06 239 0

Türkiyədə naməlum şəxs silahdan atəş açıb: yaralılar var

Türkiyənin İzmir vilayətində davaya çevrilən mübahisə nəticəsində 3 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, dava zamanı naməlum şəxs ov tüfəngindən atəş açıb.

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan birinin vəziyyəti kritik olaraq qiymətləndirilir.