“Apple Watch Series 5” üçün yeni iddia


Digərləri 24 Sen 2019 08:31:00 218 0

“Apple Watch Series 5” üçün yeni iddia

"Apple Watch Series 5" üçün yeni bir xüsusiyyət olan kompas, istiqamət tapmaq üçün peşəkar bir həlldir. Ancaq yeni ortaya çıxan bir detala görə ağıllı saata quraşdırılmış kəmərlərin maqnitləşdirilmiş hissələri bu kompasın yanılmasına səbəb olur. Əlbəttə ki, bu tək "Apple Watch"a xas deyil. Maqnit kompas kimi alətlərin düzgün işləməsinə mane olur. Bu detalı nəzərə almaq lazımdır.

Son.az techland.az-a istinadən bildirir ki, "Apple Watch Series 5", "Apple Watch Series 4"-ə daxil olmayan bəzi inkişaf etmiş xüsusiyyətləri ilə seçilir. Keçən il təqdim olunan "Watch Series 4" ilə ekran tərəfində heç bir fərq qoymayan yeni ağıllı saatın əsas xüsusiyyəti daha da inkişaf etmiş proqramdır. Beşinci nəsil Apple Watch'un ən diqqət çəkən xüsusiyyəti Always On'dur.

Bu xüsusiyyət səbəbilə saat heç vaxt sönmür. Beləliklə, ağıllı saat həmişə normal bir saat kimi istifadə edilə bilər. Yenə də OLED LTPO Retina displey istifadə edilmədikdə parlaqlığı avtomatik tənzimləyir.

(adsgarden = window.adsgarden || []).push({});