Biotexnologiya startapı Ginkgo Bioworks 290 milyon dollar investisiya aldı


Digərləri 24 Sen 2019 08:46:00 201 0

Biotexnologiya startapı Ginkgo Bioworks 290 milyon dollar investisiya aldı

Biotexnologiya startapı olan Ginkgo Bioworks 290 milyon dollar investisiya əldə edib.

Alınan xəbərlərə görə şirkətin yeni investisiyası ilə bazar dəyəri 4 milyard dolları keçdi.

Son.az techland.az-a istinadən bildirir ki, Ginkgo Bioworks tərəfindən paylaşılan məlumata görə, yeni investisiya şirkətin hüceyrə proqramlaşdırma platformasını inkişaf etdirmək üçün istifadə ediləcək. Effektiv bir bioloji güc yaratmaq üçün bu hüceyrə proqramlaşdırma platformasından istifadə etmək əsas məqsəd daşıyır.

Ginkgo Bioworks şirkətinin həmtəsisçisi və icraçı direktoru Jason Kelly, hüceyrələrin DNT şəklində rəqəmsal kodlar olduğunu ifadə edərək hüceyrələri kompüterlər kimi kodlaşdıra biləcəyini qeyd edib. Qazandıqları yeni investisiya ilə texnologiyalarını biraz daha artıracaqlarını vurğulayıblar.

(adsgarden = window.adsgarden || []).push({});