Bakıda piyadanı vurub qaçan qadın sürücü saxlanılıb


Digərləri 24 Sen 2019 08:03:00 223 0

Bakıda piyadanı vurub qaçan qadın sürücü saxlanılıb

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış paytaxt sakini saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Bakı şəhər sakini V.Mahmudovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış "Hyundai" markalı avtomobilin sürücüsü, paytaxt sakini İ.Ağayeva saxlanılıb, izahatı alındıqdan sonra buraxılıb.