MercedesBenz elektrikli skuter bazarına girib


Digərləri 24 Sen 2019 08:05:00 248 0

MercedesBenz elektrikli skuter bazarına girib

Avqust ayında Audi 2 min avro dəyərində elektrikli skuterlər istehsal etdi. Elektrikli skuterlərin məşhurluğu artmaqda davam edir. Bu həftə digər bir böyük avtomobil istehsalçısı olan Mercedes-Benz elektrik skuter bazarına girdiyini elan edib.

Scooteri istehsal etmək üçün elektrikli skuter istehsalçısı Micro ilə əməkdaşlıq edən Mercedes-Benz 2019-cu il Frankfurt avtosalonunda elektrik skuterini təqdim edib. Mercedes-Benz E-Scooter'in 2020-ci ildə satışa çıxarılacağı gözlənilir.

Son.az techland.az-a istinadən bildirir ki, elektrikli skuter modelləri şəhər istifadəsi üçün ideal bir həlldir və getdikcə populyarlaşır. Təsadüfi deyil ki, Almaniyada istehsal olunan Audi və Mercedes-Benz kimi avtomobil istehsalçıları indi elektrikli skuter istehsal etməyə başlayırlar.

İyun ayında verilən bir qərar Almaniyanın yollarında elektrik skuterlərinin istifadəsinə icazə verdi. Bu icazəni fürsətə çevirmək istəyən avtomobil istehsalçıları elektrikli skuter modellərini ortaya qoydular.

(adsgarden = window.adsgarden || []).push({});