Gitlabın bazar dəyəri 2.75 milyard dollara çatdı


Digərləri 24 Sen 2019 07:51:00 257 0

Gitlabın bazar dəyəri 2.75 milyard dollara çatdı

2020-ci ildə İPO etməyə hazırlaşan GitLab, E seriyalı investisiya turunda 268 milyon dollar investisiya cəlb edib. Bu sərmayə ilə şirkətin qiymətləndirməsi 2,75 milyard dollara çatdı.

Son.az techland.az-a istinadən bildirir ki, investisiya turunda iştirak edən şirkətlər arasında Adage Capital Management, L.P, Alkeon Capital, Altimeter Capital, Capital Group, Coatue Management, D1 Capital Partners, Franklin Templeton, Light Street Capital, Tiger Management Corp və Two Sigma Investments LP iştirak edib.

Ötən il Microsoftun GitHub'u 7.5 milyard dollara satın aldığını nəzərə alsaq, GitLab'ın gələcəkdə daha böyük məbləğə satılmaq əvəzinə müstəqil bir şirkət olaraq fəaliyyət göstərmək istəməsini xatırlatmaq lazımdır. Əvvəllər açıq mənbə layihələri və məktəbləri dəstəkləmək üçün 2 ödənişli paketi pulsuz edən GitLab, ötən il 1.1 milyard dollar bazar dəyəri ilə 100 milyon dollar investisiya əldə etmişdi

(adsgarden = window.adsgarden || []).push({});