Azərbaycanda qanazlığı olan insanların sayı artıb (ÖZƏL)


Digərləri 24 Sen 2019 07:45:00 250 0

Azərbaycanda qanazlığı olan insanların sayı artıb (ÖZƏL)

Son 13 il ərzində Azərbaycanda əhalinin anemiya (qanazlığı) ilə xəstələnməsi halları artıb.

Bakı. İlhamə İsabalayeva - Son 13 il ərzində Azərbaycanda əhalinin anemiya (qanazlığı) ilə xəstələnməsi halları artıb. Trend-in məlumatına görə, ötən il anemiya xəstələrinin sayı 2017-ci ilə nisbətən azalsa da, 2005-ci ilə nisbətən onların sayı yenə də çox olub. 2005-ci ildə Azərbaycanda müalicә - profilaktika müәssisәlәrindә qeydiyyatda olan anemiya xəstələrinin sayı 37 807 nəfər olduğu halda, 2017-ci ildə belə xəstələrin sayı 42 366, 2018-ci ildə 41 097 nəfər təşkil edib. 2005-ci ildə Azərbaycanda 30 213 nəfərə, 2018-ci ildə isə 47 552 nəfərə ilk dəfə anemiya diaqnozu qoyulub. Ötən müddətdə əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da artıb. 2005-ci ildə əhalinin hər 100 000 nəfərindən 360,5 nəfərinə, 2018-ci ildə 484,2 nəfərinə ilk dəfə anemiya diaqnozu qoyulub. Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı da çoxalıb. 2010-cu ildə ölkədə 21565, 2018-ci ildə 28620 nəfər uşağa ilk dəfə anemiya diaqnozu qoyulub.