Edvard Snouden məmurlara “WhatsApp” və “Telegram”dan imtina etməyi tövsiyə edib


Digərləri 24 Sen 2019 07:31:00 241 0

Edvard Snouden məmurlara “WhatsApp” və “Telegram”dan imtina etməyi tövsiyə edib

Moskvada yaşayan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, 2013-cü ildə ABŞ xüsusi xidmət orqanlarının gizli məlumatlarının sızmasında əli olan Edvard Snouden yüksək vəzifəli şəxslərə "WhatsApp" tətbiqindən istifadəni dayandırmağı tövsiyə edib.

Son.az techland.az-a istinadən bildirir ki, E.Snouden messencerin istifadəçi məlumatlarını pis şifrələdiyinə görə bu tətbiqdə məlumatların yanlış əllərə keçə biləcəyi fikrini önə çəkib.

"Hökumətdə ciddi məsələlərlə məşğul olan şəxsin "WhatsApp"dan istifadəsi səhvdir", - o deyib.

E.Snouden bildirib ki, "WhatsApp" və "Telegram"da məlumatların ötürülməsi SMS ilə müqayisədə daha yaxşıdır, lakin bu proqramlar da son dərəcə təhlükəlidir.

(adsgarden = window.adsgarden || []).push({});