Elmar Məmmədyarov BƏƏdən olan həmkarı ilə görüşüb


Siyasət 24 Sen 2019 07:35:00 197 0

Elmar Məmmədyarov BƏƏdən olan həmkarı ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə görüşüb.

Nazirlər iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edərək, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə və münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı mühüm rolu vurğulanıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olunub.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.