Maqnit qasırğası xəbərdarlığı


Digərləri 24 Sen 2019 07:00:00 266 0

Maqnit qasırğası xəbərdarlığı

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası növbəti günlər üçün kosmik hava proqnozunu açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası növbəti günlər üçün kosmik hava proqnozunu açıqlayıb. Rəsədxanadan Trend-ə bildirilib ki, son günlər Günəş aktivliyi çox aşağı səviyyədə olub. Günəş diskində ləkə olmayıb. Məlumata görə, geomaqnit sahə son 24 saat ərzində çox sakit olub. Kosmik hava proqnozunun növbəti iki gün ərzində çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.