Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub


Digərləri 24 Sen 2019 04:44:28 227 0

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin pilləkən qəfəsində ümumi sahəsi 3 m² olan taxtadan ibarət tikili və içərisindəki əşyalar qismən yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.