Çavuşoğlu İƏT-in iclasında Ermənistanın Azərbaycana qarşı qanunsuz siyasətini pisləyib


Digərləri 24 Sen 2019 03:31:00 280 0

Çavuşoğlu İƏT-in iclasında Ermənistanın Azərbaycana qarşı qanunsuz siyasətini pisləyib

Türkiyə Ermənistanın Azərbaycana qarşı qanunsuz mövqeyini pisləyib

Bakı. Türkiyə Ermənistanın Azərbaycana qarşı qanunsuz mövqeyini pisləyib. Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kontakt Qrupunun iclasında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb. Nazir bildirib: "İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun iclasında yenə də Ermənistanın qanunsuz mövqeyini yenidən pisləmişik". M.Çavuşoğlu deyib ki, Kontakt Qrupunun Azərbaycanın haqlı işində ona dəstək verilməsinin əhəmiyyəti vurğulanıb". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin