İmran Xan Pakistanın ən böyük səhvini açıqladı


Dünya 23 Sen 2019 23:34:00 387 0

İmran Xan Pakistanın ən böyük səhvini açıqladı

Pakistanın Baş Naziri İmran Xan ölkəsinin "ən böyük səhvi"ni açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Nazir Pakistanın 2001-ci il 11 sentyabr hadisəsindən sonra ABŞ-ın Əfqanıstandakı əməliyyatlarında iştirakını düzgün hesab etmədiyini deyib.

"Biz neytral mövqeyimizi qorumalıydıq. Pakistan 11 sentyabrdan sonra ABŞ-a qoşulduqdan sonra ən böyük səhvə yol verdi", - deyə Xan Nyu-Yorkda Beynəlxalq Əlaqələr Şurasındakı çıxışında qeyd edib.

Xan Əfqanıstandakı münaqişənin müharibə yolu ilə həllini perspektivsiz adlandırıb. O, ölkəsinin Əfqanıstandakı əməliyyatlarda 200 milyard dollar itirdiyini, 2,7 milyon nəfər əfqan qaçqınını qəbul etməli olduğunu bildirib.