Bu ölkədə qızdırmadan 75 nəfər vəfat edib


Dünya 23 Sen 2019 23:15:00 354 0

Bu ölkədə qızdırmadan 75 nəfər vəfat edib

Banqladeşdə bu ilin əvvəlindən denge qızdırmasından 75 nəfər vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin müxtəlif ərazilərində 2 minə yaxın sakin xəstəlikdən müalicə olunur.

Təkcə son sutka ərzində 461 nəfər bu qızdırma ilə xəstəxanaya yerləşdirilib.

Ümumilikdə, bu ilin əvvəlindən Banqladeşdə dengeyə yoluxanların sayı 85 min nəfəri keçib. Onlardan 83 min nəfəri sağalıb.