"Ded"lər Paşinyanın oğlunu döyür


Dünya 23 Sen 2019 22:35:00 279 0

"Ded"lər Paşinyanın oğlunu döyür

Bir neçə gün bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan qulluq etdiyi hərbi hissədə "tarix"ə düşüb.

Son.az Ordu.az-a istinadən xəbər verir ki, Aşot Paşinyan atasının Ermənistanda "nizam-intizam" yaratdığı kimi onun da qulluq etdiyi hərbi hissədə nizam-intizam yaratmağa borclu olduğunu düşünüb.

Məlumatlara görə, o, hərbçilərə, hətta zabit heyətinə belə "ağıl" öyrətməyə başlayıb. Aşot "əla" əsgərlər haqqında hərbi hissə rəhbərliyinə məlumat verib.

Bir sözlə, yazılmamış qanunları pozub, nəticədə isə xidmət yoldaşlarının qəzəbinə tuş gəlib. Onlardan biri Aşot Paşinyanı döyüb.

Bununla yanaşı, Aşot Paşinyanla yazıçı-publisist Zori Balayanın nəvəsi arasında (eyni hərbi hissədə qulluq edirlər) mübahisə olub.