Xaçmazdan Bakıya qonaq gələn gənc qadın itkin düşdü


Digərləri 23 Sen 2019 22:14:26 260 0

Xaçmazdan Bakıya qonaq gələn gənc qadın itkin düşdü

Bakıda gənc qadın itkin düşüb.

Bakı. Samir Əli - Bakıda gənc qadın itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Xaçmazın Qaraçəlli kəndində yaşayan 1994-cü il təvəllüdlü Cəbrayılova Həsrət Elgiz qızı rayondan Bakının Binəqədi rayonu, Motodrom qəsəbəsi, yeni yaşayış massivində yaşayan qohumugilə qonaq gəlib. Sentyabrın 21-də o qohumunun evindən mağazaya getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.