“Ən böyük ərəb düşməni...” “Mossad”ı yaradan casusun


Digərləri 23 Sen 2019 21:50:00 260 0

“Ən böyük ərəb düşməni...”  “Mossad”ı yaradan casusun

Reuven Şiloax İsrailin dövlət adamı, diplomat, ölkənin xüsusi xidmət orqanı olan "Mossad"ın qurucusu və ilk direktorudur.

Son.az Teleqraf.com-a istinadən məşhur kəşfiyyatçının dosyesini təqdim edir:

Reuven Şiloax 1909-cu ildə Qüdsdə, ortodoks yəhudi ailəsində anadan olub. Atası Yitzhak Zaslanskiy dindar olub.

Reuven 15 yaşında "Haqan" yəhudi təşkilatı sıralarına qoşulub. 1936-cı ildə Betti Borden adlı xanımla Nyu-Yorkda ailə qurub.

Yəhudi Agentliyinin siyasi idarəsində işləyib. 1931-ci ilin avqustunda kəşfiyyat fəaliyyəti məqsədilə İraqa göndərilib. İraqda 3 il dayanmadan işləyib. O, ölkəsinə lazım olan və ona tapşırılan işlərin hamısını yüksək peşəkarlıqla həyata keçirib. Bu 3 il müddətində müəllim adı altında işləyərək üclü agentura şəbəkəsi qura bilib. Elə bu mərhələdə də İraqda kürdlərlə tanış olub, hiss edib ki, kürdlərin timsalında özlərinə ərəb dünyasına qarşı müttəfiq tapa bilərlər. Sonradan onun bu ideyası "Periferik fəlsəfə" kimi İsrail siyasətinin əsasını təşkil edib.

İraqdan qayıtdıqdan sonra Yəhudi Aentliyində işə başlayıb, burada əsasən, Böyük Britaniya adminstrasiyasında olan Fələstin üzrə cavabdeh şəxs olub.

1936-cı ildə Reuven Şiloax Ezra Danin, Saul Meyerov və Haqan təşkilatının digər xadimləri ilə birlikdə gələcək yəhudi dövlətinin ilk xüsusi xidmət orqanı olan ŞAY-ı (Şerut Birliyi) yaradıb.

İkinci Dünya Müharibəsi dövründə Reuven Şiloax ABŞ Strateji Xidmət İdarəsi və Böyük Britaniyanın kəşfiyyat xidməti ilə əlaqələr qurub.

1948-ci ilin iyunundan İsrailin ilk xüsusi xidmət orqanı olan ŞAY-ın yenidən qurulması ilə məşğul olub, habelə İsrail baş nazirinin xarici siyasət və strateji məsələlər üzrə müşaviri olub. Ona İsrailin xüsusi xidmət orqanlarının yaradılması kimi çox məsuliyyətli iş tapşırılıb.

Birinci ərəb-İsrail müharibəsi başa çatdıqdan sonra "Varaş" xüsusi xidmət orqanının rəhbərlərindən ibarət komitə yaradaraq ona rəhbərlik edib. Casus və kəşfiyyat dünyasında "Cənab kəşfiyyatçı" ləqəbi ilə məşhurdur.

(adsgarden = window.adsgarden || []).push({});