Ödənişli təhsil alanlar üçün tədris proqramında dəyişiklik aparılmalıdır DİM


Digərləri 23 Sen 2019 21:09:00 289 0

Ödənişli təhsil alanlar üçün tədris proqramında dəyişiklik aparılmalıdır  DİM

Dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil alanlar üçün ali məktəblər tədris proqramında dəyişiklik aparmalı, onları bir qədər genişləndirilmiş proqram əsasında hazırlamalıdırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.

DİM-in araşdırmalarına əsasən, abituriyentlərin imtahan fənlərinə cavablarının təhlili özəl ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərinin dövlət ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərindən aşağı olduğunu göstərir. Belə nəticə göstərənlər sonradan birinci kursun tədris proqramını mənimsəməkdə çətinlik çəkirlər:

"Ona görə də özəl ali təhsil müəssisələri birinci kurs tələbələri üçün genişləndirilmiş tədris proqramları hazırlamalı və həmin proqramları tədrisin intensivləşdirilməsi hesabına həyata keçirməlidirlər. Eyni zamanda, dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə olan yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil forması üzrə qəbul olanların təhsil üçün ödədiyi vəsaitin bir hissəsi onların müasir təhsil standartları səviyyəsində hazırlığına yönəldilməlidir".

Təhlildəki məlumatlara əsasən, dövlət sifarişi əsasında ayrılan yerlərə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsi ödənişli təhsil forması üzrə qəbul olanlardan əhəmiyyətli dərəcədə yüksəkdir: