Bakıda insanı dəhşətə gətirən hadisə


Kriminal 23 Sen 2019 20:24:00 250 0

Bakıda insanı dəhşətə gətirən hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qıza qarşı seksual xarakterli əməllər törətməkdə təqsirli bilinən Elman Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az "Ölkə.az"a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək növbəti baxış iclası sentyabr ayının 24-nə təyin olunub.

Qeyd edək ki, 5 yaşlı qızın zorlanması hadisəsi Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki həyətdə baş verib. Həyətdə oynayan 2014-cü il təvəllüdlü A.Ə-yə (şərti adlı) 1959-cu il təvəllüdlü Elman Mərdanov yaxınlaşıb.

O, qonşunun azyaşlı qızını gizli yerə aparıb və orada ona qarşı seksual xarakterli hərəkətlər edib.

Bundan azyaşlının anası xəbər tutub. Ana baş verən olayla bağlı polisə şikayət edib.

İstintaq orqanı tərəfindən Elman Mərdanovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.