“Google” dünyanın ən güclü kvant kompüterini yaradıb


Digərləri 23 Sen 2019 20:14:00 262 0

“Google” dünyanın ən güclü kvant kompüterini yaradıb

ABŞ-ın “Google” şirkəti dünyanın ən güclü kvant kompüterini yaradıb.

Bakı. ABŞ-ın “Google” şirkəti dünyanın ən güclü kvant kompüterini yaradıb. Trend-in məlumatına görə, mövcud "IBM" superkompüterlərinin ən güclüsünün 10 000 ilə aparacağı hesablamaları “Google” kvant kompüterinin prosessoru 3 dəqiqə 20 saniyə ərzində edib. www.esquire.ru saytının məlumatına görə, “Google” kvant kompüteri hazırda yalnız bir texniki hesablama apara bilir. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu praktiki tapşırıqların icrasına bir neçə ildən sonra hazır olacaq.