Yol qəzalarında 2 piyada ölüb


Digərləri 23 Sen 2019 20:04:00 242 0

Yol qəzalarında 2 piyada ölüb

Yol qəzalarında 2 piyada olüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 21-də saat 6 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Solmaz Dadaşnamı vurub. Nəticədə qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Sentyabrın 21-də saat 19 radələrində Kəpəz rayonunun Nizami prospektində Gəncə şəhər sakini N.Mədətov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Süsən Hüseynovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.