Neftçalada 36 yaşlı kişi sükan arxasında öldü


Digərləri 23 Sen 2019 20:03:19 290 0

Neftçalada 36 yaşlı kişi sükan arxasında öldü

Neftçala rayonunda 36 yaşlı kişi avtomobilində ölü tapılıb.

Bakı. Samir Əli - Neftçalada 36 yaşlı kişi sükan arxasında ölüb. Trend-in məlumatına görə, rayonun Xıllı qəsəbəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Elçin Oqtay oğlu özünə məxsus avtomobildə ölü tapılıb. Hüquq-mühafizə orqanları hadisə yerinə və meyitə baxış keçirib, meyitin daxili və xarici müayinəsi aparılıb. Meyit üzərində heç bir xəsarət aşkarlanmayıb. İlkin araşdırmalar zamanı E.Əliyevin ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.