Həbs olunan aktrisanı məsxərəyə qoydu


Digərləri 23 Sen 2019 19:49:00 202 0

Həbs olunan aktrisanı məsxərəyə qoydu

71-ci "Emmy" mükafat gecəsində aktyor Thomas Lennon rüşvət skandalına görə iki həftəlik həbs olunan Felicity Huffman barədə danışıb.  

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, nüfuzlu gecədə nominasiya qalibini elan edərkən həmkarını məsxərəyə qoyub. 

Lennon üzünü kameraya çevirərək "Prodüserlər məndən həbsxanada bizi izləyənlərin eşitməsi üçün ən yaxşı aktrisanın adını özəl olaraq yüksək səslə elan etməyimi istədi",- deyib və gülməyə başlayıb. 

Qeyd edək ki, Felicity Huffman "Ümidsiz ev qadınları" serialıdakı roluna görə "Emmy" mükafatını qazanıb. 

(adsgarden = window.adsgarden || []).push({});