Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü


Digərləri 23 Sen 2019 18:59:48 265 0

Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü

Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.

Bakı. Samir Əli - Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb. Trend-in məlumatına görə, hadisə rayonun Kürd kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Yunus Məmməd oğlu həmkəndlisi Verdiyev Ələm İsmayıl oğluna məxsus həyətyanı sahədə qoz ağacından yıxılıb. 4.8 metr hündürlükdən yıxılan Y.İbrahimov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.