Səfir: "Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb"


Digərləri 23 Sen 2019 18:59:00 296 0

Səfir: "Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb"

2019-cu ilin yanvar-avqust aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 104% çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Çinin Azərbaycandakı səfiri Qo Min deyib.

İkitərəfli əməkdaşlıq barədə danışan səfir bildirib ki, ölkələr "Bir kəmər, bir yol" təşəbbüsünün birgə reallaşdırılmasımda böyük perspektivlərə malikdir.

Q.Min xatırladıb ki, bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə ikinci Yüksək Səviyyəli Forumda iştirak etmək üçün Çinə səfər edib və dövlət başçıları ikitərəfli münasibətlərin, müxtəlif sahələrdə işgüzar əməkdaşlığın daha da inkişafı ilə bağlı vacib razılıq əldə ediblər.