AFFA-nın Hakimlər Komitəsinin sədri beynəlxalq təyinat alıb


Digərləri 23 Sen 2019 18:50:19 263 0

AFFA-nın Hakimlər Komitəsinin sədri beynəlxalq təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik yeni təyinat alıb.

Bakı. AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik yeni təyinat alıb. Trend-in məlumatına görə, o, 19 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsinin I qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq. Bu qrupda Türkiyə, Bolqarıstan, Monteneqro və Ermənistan komandaları mübarizə aparacaqlar. Qeyd edək ki, qrupun oyunları noyabrın 12-dən 20-dək Antalyada keçiriləcək.