ABAD regionlarda bir neçə müəssisə açacaq


Digərləri 23 Sen 2019 18:37:00 253 0

ABAD regionlarda bir neçə müəssisə açacaq

Ailə Biznesinə Asan Dəstək (ABAD) xidməti bu ilin sonunadək Azərbaycanın müxtəlif regionlarında bir neçə müəssisənin açılmasını planlaşdırır.

Trend-in ABAD-ın mətbuat xidmətinə istinadən məlumatına görə, planlaşdırılan müəssisələr arasında Tovuzda bitkilərin emalı və qurudulması üzrə ABAD zavodu yer alır.

Bundan başqa, Qubada yeni ABAD məktəbinin və qablaşdırma müəssisəsinin, eləcə də Nardaranda Dulusçuluq və dekorativ-tətbiqi xalq sənətkarlığı Mərkəzinin açılması planlaşdırılır.

Qeyd edilən müəssisə və təşkilatlar ABAD-ın balansındadır.