ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib (FOTO)


Digərləri 23 Sen 2019 18:32:00 75 0

ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla təhsil ocağında əlamətdar günün yaşandığını qeyd edib, Ülvi Bünyadzadənin xatirələrdə, qəlblərdə yaşadağını diqqətə çatdırıb: “Bizim əziz tələbəmiz, ömrünü vətən yolunda fəda etmiş Ülvi Bünyadzadənin 50 yaşının tamam olacağı ildir. Amma Ülvi bu yaşına qədər yaşamadı və xatirələrə, insanların yaddaşına köçdü, onu tanıyanların və şəxsən tanımayanların yaddaşında yaşamağı başladı. Mən ona auditoriyada dərs demişəm, ünsiyyətimiz olub. Həqiqətən də insanlarda qəribə xüsusiyyət var. Onlar öz adlarını doğruldurlar. Ülvi həqiqətən də ülvi hisslərlə yaşayan, ülviliklə, təmizliklə dolu olan insan idi. Onun həmin qanlı yanvar günlərində şəhid olması, bəlkə də təsadüfi deyildi. Çünki Ülvi o ağır məngənədə sıxılıb yaşaya bilməzdi. O, çılğın, üsyankar, alovlu nitqlər söyləyən insan deyildi, sakit, başıaşağı, son dərəcə tərbiyəli, qəlbləri ovsunlayan oğlan idi. Gözəl şeirlər yazırdı. Biz onun şeirlərini, bədii yaradıcılığını öz universitetimizdə əbədiləşdirmək üçün bir sıra addımlar atmaq fikrindəyik, şeirlərini universitetdə tədris olunan bütün dillərə tərcümə etməyi düşünürük. Biz sevinirik ki, Ülvi Bünyadzadə bu gün yalnız bizim yaddaşımızda yaşamır, bötüvlükdə xalqımızın yaddaşında yaşayır. Mən inanıram ki, onun ruhu bu gün şaddır. Çünki Ülvinin arzuladığı Azərbaycan bu gün var. Ülvinin yolunda canını fəda etdiyi vətən bu gün var. Ülvinin getdiyi yolla addımlayan, gedə bilən yüzlərlə, minlərlə, on minlərlə gənclərimiz bu gün var. Bu gün Azərbaycanı öz layiqli, xoşbəxt gələcəyə aparan Prezidentimiz var. Bu gün Azərbaycanın öz yolu var”. Şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə qardaşı haqqında xatirələrini bölüşüb və deyib ki, insanlar Ülvinin addımları, düşüncələri ilə qürur duyurlar: “Fəlsəfədə belə bir şey var ki, səni xatırlayan varsa, deməli, sağsan. Bunu hər dəfə oxuyanda ilk olaraq yadıma düşən Ülvi və onu xatırlayanlar olur. Bu il Ülvinin 50 yaşı olub. Qəribədir ki, onun doğum günü əvvəl ailə hadisəsi idisə, son 30 ildə daha böyük miqyasda qeyd olunur. Ülvinin muzeyi auditoriyaya köçürüləndən sonra belə hiss etdim ki, Ülvi muzey eksponatı deyil, Ülvi buranın tələbəsidir. Ülvi öyrənməyin hər zaman tərəfdarı idi. Əminəm ki, bu auditoriyada elə şeylər öyrədilir ki, Ülvi hələ də öyrənir. Bundan əlavə, Ülvi həm də öyrədir. Ülvi nümunəvi tələbə kimi kənarda durub. Şəhidlik həm qanla, həm də qələminlə olur. Əgər sən öz ömrünü xalqa həsr edirsənsə, deməli sən də şəhidsən. Ülvi şeirlərində dediklərini həm də qanı ilə sübut etdi. Mən həmişə bu universitetin tələbələrinə həsəd aparıram ki, onlar Ülvinin gəzdiyi dəhlizlərdə gəzirlər, ona dərs deyən müəllimlərdən dərs alırlar. Bizim ailəmiz bu universitetdə hər zaman xoş, isti münasibət görüb. Ülvinin nəfəsini bu universitetdə yaşatdığınız üçün hər birinizə təşəkkür edirəm”.
Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib like
  • 23 Sen 18:31  
Digərləri Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib

21 sentyabr tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günündə ölkənin nü

arrow Ətraflı
Poqba azarkeşlərdən qorunmaq üçün it aldı like
  • 23 Sen 18:30  
İdman Poqba azarkeşlərdən qorunmaq üçün it aldı

Fransa yığma komandasının və Manchester United-in yarımm&

arrow Ətraflı
ABAD regionlarda bir neçə müəssisə açacaq like
  • 23 Sen 18:24  
Digərləri ABAD regionlarda bir neçə müəssisə açacaq

Ailə Biznesinə Asan Dəstək (ABAD) xidməti bu ilin sonunadək Azərbaycanın

arrow Ətraflı
Məşhurların keçmişi görənləri TƏƏCCÜBLƏNDİRDİ like
  • 23 Sen 18:19  
Şou-biznes Məşhurların keçmişi görənləri TƏƏCCÜBLƏNDİRDİ

ARB TV-nin "Söhbət var" verilişində "məşhurların keçmi

arrow Ətraflı
Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib like
  • 23 Sen 18:16  
Digərləri Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib

“Xəzəri qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya çərçivəsində B

arrow Ətraflı
Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü like
  • 23 Sen 18:14  
Kriminal Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü

Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusla

arrow Ətraflı
Könül Kərimovaya bənzədilmək Natavanı əsəbiləşdirdi like
  • 23 Sen 18:09  
Şou-biznes Könül Kərimovaya bənzədilmək Natavanı əsəbiləşdirdi

Müğənni Natavan Həbibi yeni imici ilə Əməkdar artist Könül Kərimovaya

arrow Ətraflı
Keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkarlandı like
  • 23 Sen 18:04  
Kriminal Keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkarlandı

Bakı şəhər Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkda

arrow Ətraflı
Azərbaycanla Argentina arasında ikitərəfli münasibətlər müzakirə olunub like
  • 23 Sen 18:04  
Digərləri Azərbaycanla Argentina arasında ikitərəfli münasibətlər müzakirə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Xarici işlər və Etiqa

arrow Ətraflı
Bakıda “Qafqaz Qartalı  2019” birgə təliminin açılış mərasimi olub  VİDEO  FOTO like
  • 23 Sen 18:01  
Siyasət Bakıda “Qafqaz Qartalı 2019” birgə təliminin açılış mərasimi olub VİDEO FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri

arrow Ətraflı
Müşfiq İtaliyada qarət edilməyindən DANIŞDI like
  • 23 Sen 17:54  
Şou-biznes Müşfiq İtaliyada qarət edilməyindən DANIŞDI

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı aktyor M

arrow Ətraflı
Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub (FOTO/VİDEO) like
  • 23 Sen 17:54  
Digərləri Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub (FOTO/VİDEO)

Üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qa

arrow Ətraflı
Yol qəzalarında 2 piyada öldü like
  • 23 Sen 17:46  
Digərləri Yol qəzalarında 2 piyada öldü

Yol qəzalarında 2 piyada olüb.

arrow Ətraflı
CinemaPlus “Ліга сміху Azərbaycan” yumoristik şousunun tərəfdaşı oldu like
  • 23 Sen 17:44  
Kriminal CinemaPlus “Ліга сміху Azərbaycan” yumoristik şousunun tərəfdaşı oldu

"CinemaPlus" premium kinoteatrlar şəbəkəsi Ukraynanın məşhur yu

arrow Ətraflı