Maduro: Trampla danışıqlara gedərəm, əgər...


Digərləri 23 Sen 2019 17:24:00 251 0

Maduro: Trampla danışıqlara gedərəm, əgər...

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampla danışıqların baş tutması ehtimalını mümkün hesab edib.

Bakı. Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampla danışıqların baş tutması ehtimalını mümkün hesab edib. Trend-in məlumatına görə, bununla elə venesuelalı lider görüşün baş tutması üçün vacib bir şərt olduğunu açıqlayıb. Belə ki, N.Maduronun sözlərinə görə, danışıqlar yalnız o zaman baş tuta bilər ki, Tramp Venesuelaya qarşı aparılan yalnış müharibə siyasətindən əl çəksin. O, bu səhv addımın hələ əvvəllər ABŞ-ın keçmiş lideri Barak Obama tərəfindən atıldığını da vurğulayıb.