"Heç halal ərləri də deyil"


Şou-biznes 23 Sen 2019 17:14:00 252 0

"Heç halal ərləri də deyil"

Müğənni Xatun Əliyeva sevgilisinin əli, qolu ilə şəkil paylaşan həmkarlarını tənqid edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "X maqazin" verilişində danışıb. Xatun həmkarlarına səslənərək, bunları deyib:

"Trenddə birinci ola bilərsiniz. Amma hörmət üçün illərlə çalışmalısan. İnstaqramda paylaşım edənlərə deyirəm, insanları öyrəşdirməyin. Bizdən də izləyicilər bunları tələb edir. Mənə deyirlər, sən bir sevgili tapmırsan? Sual qabağında aciq qalıram. Mən sevgili tapmalıyam, maşın alıb, üstünə bant bağlamalıyam?

Gələcək övladlarımızı yetişdirmək üçün etməyin. Hansısa 1 aylıq sevgi üçün kişinin əlini İnstaqrama qoymayın. Hamı əl qoya bilər. Heç özünüzün halal yoldaşınız deyil. Axtarsan heç əri də deyil. Etməyin".