Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək


Digərləri 23 Sen 2019 16:59:00 267 0

Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək

Heydər Əliyev Mərkəzinin ərazisində AFFA tərəfindən kütləvi futbol həftəsi festivalı keçiriləcək.

Bakı. Sentyabrın 25-də Heydər Əliyev Mərkəzinin ərazisində Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) tərəfindən kütləvi futbol həftəsi (Grassroots Week) festivalı keçiriləcək. AFFA-dan Trend-ə bildirilib ki, festivalda 6-13 yaşlı uşaqlar iştirak edəcəklər. Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.