Ərzaq mağazasında partlayış


Dünya 23 Sen 2019 16:57:00 230 0

Ərzaq mağazasında partlayış

Avstriyanın Tirol federal torpağında ərzaq mağazasında partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Partlayışdan sonra mağazada yanğın başlayıb. Bir nəfərin yanan binada qaldığı deyilir. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Qeyd olunur ki, partlayış qaz sızması nəticəsində baş verib.