Komanda yoldaşı ilə etdiyi zarafata görə araşdırma başlandı - FOTO


İdman 23 Sen 2019 16:53:00 273 0

Komanda yoldaşı ilə etdiyi zarafata görə araşdırma başlandı - FOTO

İngiltərə Futbol Assosiasiyası Manchester City-nin yarımmüdafiəçisi Bernardo Silvanı irqçilikdə şübhəli sayaraq araşdırmaya başlayıb.

Goal.az BBC-yə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu "Twitter"də paylaşım edərək zarafatla komanda yoldaşı Bendjamin Mendiyə sataşıb. Paylaşımda Mendi İspaniyanın şokolad-fıstıq brendinin maskotu ilə müqayisə edilib.

Mendi özü buna yumorla yanaşsa da, Tvitter istifadəçiləri portuqaliyanı tənqid ediblər. Bu səbəbdən Silva paylaşımı 44 dəqiqə sonra silməli olub. “Bu dövrdə hətta dostlarımızla da zarafat etmək olmazmış. Təəssüf” – deyə Silva yazıb.

Mendi özü buna yumorla yanaşsa da, Tvitter istifadəçiləri portuqaliyanı tənqid ediblər. Bu səbəbdən Silva paylaşımı 44 dəqiqə sonra silməli olub. “Bu dövrdə hətta doslarımızla da zarafat etmək olmazmış. Təəssüf” – deyə Silva yazıb.