Ramos Zidana dəstək oldu


İdman 23 Sen 2019 16:36:00 287 0

Ramos Zidana dəstək oldu

Real-ın kapitanı Serxio Ramos Joze Mourinyonun komandaya qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Goal.az “AS” nəşrinə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi hazırkı baş məşqçi Zinəddin Zidana dəstəyini ifadə edib.

“Köhnə nəticələrə baxmayaraq, biz Zidanlayıq. Başqa məşqçilər barədə danışmaq hörmətsizlik olar. Hər xal itkisi olanda hamı vəziyyətin gərginliyindən danışır. Amma uğura gedən yol uzundur və xal itkiləri də olur”.

Xatırladaq ki, Real 5 turdan sonra 11 xalla La Liqa liderliyini Athletic ilə bölüşür.