İki türk hərbçisi şəhid oldu


Dünya 23 Sen 2019 16:29:00 352 0

İki türk hərbçisi şəhid oldu

İraqın şimalında iki türk hərbçisi şəhid olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə PKK terror təşkilatı döyüşçülərinin Türkiyəyə məxsus hərbi konvoya hücum etməsi nəticəsində baş verib.

Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiq edib.

Qərargahdan verilən məlumata görə, hücumdan dərhal sonra Silahlı Qüvvələr PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.

Qeyd edək ki, mayın 27-də Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində Pence ("Pəncə") adlı genişmiqyaslı əməliyyata başlayıb.