"Bir zamanlar Çukurova"nın Müjganı ərə getdi


Digərləri 23 Sen 2019 16:05:00 319 0

"Bir zamanlar Çukurova"nın Müjganı ərə getdi

"Bir zamanlar Çukurova" serialının gözəlliyi ilə diqqət çəkən ''həkim Müjgan''ı Melike İpek Yalova öncəki gün Altun Gültağ ilə ərə gedib.

Son.az ''ölkə.az''a istinadən xəbər verir ki, səssiz-sədasız ərə gedən aktrisa toyundan şəkil paylaşmayıb.

O, Türkiyənin İzmir şəhərində keçirilən toyda, rejissor sevgilisi Altuğ Gültan ilə evlənib. Heyvanlara olan sevgisi ilə tez-tez gündəmə gələn aktrisa ''İnstagram'' hesabında toyundan şəkil paylaşmadığı üçün heyranları tərəfindən qınanıb. Dünən bir atı yemləyərkən çəkdirdiyi şəklin altına izləyiciləri ''Melike evlənmisən, amma şəkil paylaşmırsan, xoşbəxt ol'' şərhlərini yazıblar. 

Son olaraq qeyd edək ki, Bir zamanlar Çukurova serialında ''Müjgan''ı canlandıran aktrisa 29 aprel 1984 ildə doğulmuşdur. O, 1.57 boyunda 50 kiloqram çəkidədir.

(adsgarden = window.adsgarden || []).push({});