Moskva hava limanlarında


Dünya 23 Sen 2019 15:42:00 253 0

Moskva hava limanlarında

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb və ya ləğv edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hava şəraiti daha çox Domodedovo hava limanının işinə təsir edib.

Bu aeroportda 23 uçuş ləngiyib, 8 uçuş isə ləğv edilib.

Bundan başqa, Vnukovo hava limanında 3 reys təxirə salınıb, 3 reys isə ləğv edilib. Şeremetyevo hava limanında da bir reys təxirə salınıb.