Messi komanda yoldaşlarını tənqid etdi


İdman 23 Sen 2019 15:51:00 289 0

Messi komanda yoldaşlarını tənqid etdi

İspaniya təmsilçisi Barcelona-nın kapitanı Lionel Messi komanda yoldaşlarını danlayıb.

Goal.az “Cadena COPE”yə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu La Liqanın V turunda səfərdə Granada-ya 0:2 hesabı ilə uduzduqları matçda oyunçuların çıxışından narazı qalıb.

Argentinalı forvardın paltardəyişmə otağında futbolçuları sərt şəkildə tənbeh etdiyi bildirilir.

Xatırladaq ki, zədə səbəbindən mövsümün əvvəlindəki görüşləri buraxan Messi, Granada ilə qarşılaşmada ikinci hissədə meydana daxil olub. Barcelona 5 turdan sonra 7 xalla 8-ci yerdədir. Klub növbəti 2 qarşılaşmada qələbə qazanmasa, baş məşqçi Valverde istefaya göndəriləcək.