"Solğun çiçəklər" serialı festivalda birinci oldu


Digərləri 23 Sen 2019 15:15:00 257 0

"Solğun çiçəklər" serialı festivalda birinci oldu

"Bir neçə gün öncə bütün sevgi və gücümüzlə çalışdığımız "Solğun çiçəklər" layihəsi Moldovada keçirilən "ТЭФИ Содружество" mükafatına layiq görülüb.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri adıçəkilən serialda baş qəhrəmanı canlandıran Aynişan Quliyeva İnstaqram-da yazıb.

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva qeyd edib ki, bu festivalda Müstəqil Dövlətlər Birliyindən və Baltikyanı ölkələrdən 80-ə yaxın televiziya layihəsi iştirak edib.

Aynişan qalibiyyət sevincini izləyiciləri ilə paylaşıb və onu da əlavə edib ki, ilk dəfədir ki, başqa ölkədə yerli, çox saylı bədii film mükafata layiq görülüb.

(adsgarden = window.adsgarden || []).push({});