Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb


Digərləri 23 Sen 2019 15:15:00 237 0

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb.

Bakı. Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də Ağcabədi şəhəri ərazisindəki kredit təşkilatlarından birinə gəlmiş Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildiriblər. Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.