Los-Anceles səmalarında və küçələrində Qarabağ həqiqətləri (VİDEO)


Digərləri 23 Sen 2019 15:03:00 196 0

Los-Anceles səmalarında və küçələrində Qarabağ həqiqətləri (VİDEO)

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də Los-Ancelesə səfər edərək erməni icmasının keçirdiyi mitinqdə çıxış edib.

Bakı. Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də Los-Ancelesə səfər edərək erməni icmasının keçirdiyi mitinqdə çıxış edib. Yarım milyonadək erməninin yaşadığı Los- Anceles vilayəti ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir. Bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los- Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb. Bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb. Bu barədə Trend-ə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin