BQXK ermənilər tərəfindən vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır


Digərləri 23 Sen 2019 14:25:00 196 0

BQXK ermənilər tərəfindən vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır

Beynəlxalq Qızıl Xaç Komitəsi cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin qaytarılması ilə bağlı dialoqa başlayıb.

Bakı. Samir Əli - Beynəlxalq Qızıl Xaç Komitəsi cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin qaytarılması ilə bağlı dialoqa başlayıb. Komitənın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, təmsil etdiyi qurumun məsələdən xəbəri var və hazırda bununla bağlı əlaqədar qurumlarla iki tərəfli konfidensial dialoq aparır. Xatırladaq ki, sentyabrın 22-də təmas xəttində yerləşən hərbi hissənin əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.