Real-ın rəqibə vermədiyi fürsət - 3 ildən sonra


İdman 23 Sen 2019 14:13:00 310 0

Real-ın rəqibə vermədiyi fürsət - 3 ildən sonra

La Liqanın V turunda Sevilla-nın qonağı olan Real 1:0 hesablı qələbə qazanıb.

Goal.az xəbər verir ki,  Benzemanın 64-cü dəqiqədə vurduğu qolla qalibiyyət əldə edən "Kral klubu" bununla xallarının sayını 11-ə çatdırıb.

Qarşılaşmada diqqət çəkən məqam Sevilla-nın doğma arenada rəqib çərçivəsinə bir dəfə də olsun zərbə endirə bilməməsidir. Belə bir hal son dəfə 2016-cı ildə yaşanmışdı. "Kral klubu" Real Sociedad-la görüşdə (3:0) qapısına tərəf zərbə vurulmasına imkan verməmişdi.

Qeyd edək ki, hazırda Athletic-lə birlikdə liderliyi bölüşən Real VI tur çərçivəsində sentyabrın 25-də Osasuna-nı qəbul edəcək.