Moskva aeroportlarında 30-dan çox reys təxirə salındı - SƏBƏB?


Digərləri 23 Sen 2019 14:14:00 239 0

Moskva aeroportlarında 30-dan çox reys təxirə salındı - SƏBƏB?

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb və ya ləğv edilib

Bakı. Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb və ya ləğv edilib. Trend-in məlumatına görə, hava şəraiti daha çox Domodedovo hava limanının işinə təsir edib. Bu aeroportda 23 uçuş ləngiyib, 8 uçuş isə ləğv edilib. Bundan başqa, Vnukovo hava limanında 3 reys təxirə salınıb, 3 reys isə ləğv edilib. Şeremetyevo hava limanında da bir reys təxirə salınıb.