Fatiməylə Oksana ilk dəfə belə görüntüləndilər FOTO


Şou-biznes 23 Sen 2019 14:06:00 205 0

Fatiməylə Oksana ilk dəfə belə görüntüləndilər  FOTO

Uzun illər qalmaqalları və küsülülükləri ilə media gündəmini məşğul edən rəqqasələr Fatimə Fətəliyeva və Oksana Rəsulova tədbirlərin birində qarşılaşıb.

Onların səmimi görüntüləri axşam.az-ın obyektivinə tuş gəlib.

Ayaqüstü söhbət edən eks-düşmənlər bir-birini ana və qayınana olmaq münasibətilə təbrik ediblər. Çoxdandır barışan sənətçilər ilk dəfədir ki, qucaqlaşarkən görüntüləniblər.

Kadrlarda diqqət çəkən digər şəxs isə Oksana Rəsulovanı süni mayalanma ilə ana olduğuna görə tənqid edən və onunla küsülü olan İlqar Mikayıloğludur.