Chelsea-dən 31 ilin antirekordu


İdman 23 Sen 2019 13:47:00 262 0

Chelsea-dən 31 ilin antirekordu

İngiltərə Premyer Liqasının VI turunda Chelsea ev oyununda Liverpool-a uduzub - 1:2.

Goal.az xəbər verir ki, "zadəganlar" bununla evdə qələbəsiz oyunlar seriyasını davam etdirib. London təmsilçisi bu mövsüm "Stemford Bric"də keçirdiyi 4 oyunun 2-də məğlub olub, 2-də heç-heçə ilə kifayətlənib. Baş məşqçi Frank Lempard isə 1988-ci ildən bəri mövsümün ilk 4 ev oyununda qələbə üzü görməyən ilk çalışdırıcı olub.

Xatırladaq ki, Chelsea Premyer Liqada 8 xalla 11-ci pillədə qərarlaşıb.