“Atam anamı sevmir, ona tort almamışdı” VİDEO


Digərləri 23 Sen 2019 13:25:00 263 0

“Atam anamı sevmir, ona tort almamışdı”  VİDEO

Bir neçə gün əvvəl müxtəlif ölkələrdəki 3-7 yaş aralığında uşaqların "Sevgi nədir?" sualına verdikləri cavablar sosial şəbəkələrdə hər kəsin marağına səbəb olub. Belə ki, yaşlarının az olmasına baxmayaraq uşaqların bu suala dolğun və mənalı cavablar verməsi insanları heyrətləndirib.

"Sevgi - bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən qızarmış kartofların yarısını həmin adama verməkdir". Bu, 6 yaşlı Krissinin cavabı idi. 

Bəs, Məryəm, Kamran, Nərmin üçün sevgi nədir?

Son.az xəbər verir ki, qafqazinfo da analoji sualı eyni yaş kateqoriyasından olan azərbaycanlı uşaqlara ünvanlayıb. Əvvəlcə onların çoxu sevməyin nə olduğunu bilmədiyini desə də, daha sonra müxtəlif yollarla izah etməyə çalışdılar.

Ceyhunə (6 yaş): Sevmək qucaqlaşmaqdır. Mən anamı, atamı çox sevirəm, çünki onlar mənə yumurta oyuncağı, yemək, mikrofon alır.

Azad (5 yaş): Sevgi maşındır. Mən maşınları çox sevirəm.

Füzuli (5yaş): Sevgi puldur. Anam atama pul verir, atam da anama. Ona görə bir-birlərini sevirlər. Adəm məni, mən də adəmi sevirəm. Çünki o həmişə hər şeyini mənə verir.

Özal, Nazlı (4 yaş): Mən itimi sevirəm, ona yemək verirəm. Atam anamı sevmir, bir dəfə ona tort almamışdı, anam özü aldı.

Ayan (5 yaş): bilmirəm.

(adsgarden = window.adsgarden || []).push({});