Karateçilərimiz beynəlxalq turnirdə medalların sayını 6-a çatdırıblar (FOTO)


Digərləri 23 Sen 2019 13:11:00 205 0

Karateçilərimiz beynəlxalq turnirdə medalların sayını 6-a çatdırıblar (FOTO)

Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirdə medalların sayını 6-ya çatdırıblar.

Bakı. Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirdə medalların sayını 6-ya çatdırıblar. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, turnirin növbəti günləri Hüseyn Hüseynzadə (16-17 yaşlı gənclər, -76 kq) qızıl, Tural Balcanlı (kata) isə bürünc medal qazanıb. Böyüklərin yarışında Nuri Əliyev (-60 kq), Samir Məmmədov (-75 kq) və Əli Cəfərov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə qələbəni əldən veriblər. Xatıqladaq ki, turnirin ilk günləri Ramil Baxşəliyev (14-15 yaşl yeniyetmələr, -52 kq) qızıl medala sahib olub. Azər Tapdıqlı (14-15 yaşl yeniyetmələr, -63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşl yeniyetmələr, -57 kq) ilə Emin Namazov (14-15 yaşl yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb. Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib.