Azərbaycanda sosial şəbəkə istifadəçisi paylaşımına görə tutuldu


Kriminal 23 Sen 2019 12:31:00 231 0

Azərbaycanda sosial şəbəkə istifadəçisi paylaşımına görə tutuldu

Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilib və saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0, 335 qram marixuana aşkar edilib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.